Məşhur müğənni serial üçün nə etdi?

Məşhur müğənni serial üçün nə etdi?

Köhnə ilin son günlərində dinləyicilərinə iki yeni mahnı təqdim edən müğənni Niyam Səlami növbəti yeni mahnı və layihə üzərində çalışır. SİA-nın məlumatına görə, Niyama karyerasında daha çox uğur gətirən və müğənni Röya Ayxanla duet oxuduğu "Ay ürək" mahnısının müəllifi Nailə Mirməmmədli ona yeni təklif edib.

Musiqisi Nailə Mirmməmədliyə, sözləri rejissor Kənan Mahmudova (MM) məxsus olan "Ya Rəbb" adlı mahnı bir neçə günə işıq üzü görəcək.

Onu da bildirək ki, "Ya Rəbb" adlı yeni mahnı Azərbaycanda yeni çəkilən serial üçün hazırlanır. Həmin serial qısa zaman ərzində tamaşaçılara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə