Əməkdar artist türk sənətçilərini “yıxıb sürüdü”

Əməkdar artist türk sənətçilərini “yıxıb sürüdü”

Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov türk sənətçilərindən narazıçılıq edib. O, qardaş ölkənin müğənnilərini onun mahnılarını oğurlamaqda günahlandırıb. Verilişlərin birində açıqlama verən əməkdar artist musiqilərinin altında anonim yazıldığını da xüsusilə irad bildirib: "Mənim bir çox mahnılarımı türk ifaçıları oxuyurlar. Ancaq musiqlərin altına anonim sözünü yazırlar. Bütün bunlara baxmayaraq, mən onlara mahnılarımı halal edirəm. Amma onu da deyim ki, musiqilərimi ifa edib adımı çəkən türk sənətçiləri də var".

Qeyd edək ki, Türkiyənin məhşur müğənnisi Serdar Ortaç da bir vaxtlar Baloğlan Əşrəfovun "Nədəndir" mahnısını ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə