Bu şəkillər Abbas Bağırovun planlarını “alt-üst” etdi

Bu şəkillər Abbas Bağırovun planlarını “alt-üst” etdi

Azərbaycanın əməkdar artisti, məşhur estrada müğənnisi Abbas Bağırov bayram günlərində xoş sürprizlə qarşılaşıb. SİA-nın məlumatına görə, müğənni 2013-cü ilin ilk günlərində çoxsaylı fanatları ilə görüşüb.

Pərəstişkarları tərəfindən təşkil olunan görüşdən olduqca razı qalan Abbas hədiyyə "yağmuruna" tutulub. Ən sadiq fanatlarından müxtəlif hədiyyələr alan müğənni onlarla ürək dolusu söhbətləşib və "Aləm gözəl" adlı albomunu imzalayaraq onlara təqdim edib.

Ancaq həmin gün tək fanat görüşü ilə yadda qalmayıb. Daima etdiyi xeyirxah əməlləri gizlədən Abbas bu dəfə də ənənəsini davam etmək istəyirdi ki, redaksiyamıza daxil olan fotoşəkillər onun planlarını "alt-üst" etdi.

Belə ki, müğənni fanatları ilə görüşündən dərhal sonra Suraxanı rayonunda yerləşən 7 saylı İnternat məktəbinə və "Ümid yeri" uşaq evinə yollanıb. Əqli cəhətdən zəif, kimsəsiz və qayğıya ehtiyacı olan uşaqları sevindirən əməkdar artist ən gözəl mahnılarını da onlar üçün səsləndirib.

Hər iki görüşdə lentə alınan eksklüziv kadrları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz:

Bütün xəbərlər Facebook səhifəmizdə