Şou-biznesdə bu ilin qar qızı tanınmış müğənni Natəvan Həbibi seçildi. Telekanalların birində açıqlama verən kişi sənətçilər Natəvanı 2013-cü ilin qar qızı kimi gördüklərini etiraf ediblər.
Nəzərinizə çatdıraq ki, Natəvan Həbibini qar qızı kimi seçən kişi müğənnilər arasında İzzət Bağırov, Rüfət Axundov, Emil Bədəlov, Vasif Məhərrəmli və digərləri var idi.
Qeyd edək ki, heç vaxt həmkarlarının qəlbinə dəymək istəməyən Zamiq Hüseynov yenə də ənənəsinə sadiq qalaraq bütün şou-biznes xanımlarının gözəl olduqlarını deyərək hamısına qar qızı paltarı yaraşdığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB