Əslən türkiyəli olan lakin Azərbaucanda fəaliyyət göstərən bəstəkar-aranjemançı Hakan Erolun məşhur müğənni Cengiz Kurtoğlu ilə iş birliyinə başlaması haqda xəbər vermişdik. Azərbaycanlı şairə Leyli İsrafilovanın sözlərinə bəstələnmiş "Kör olsun gözlərim" adlı mahnı Türkiyənin əfsanəvi müğənnisinin çox xoşuna gəlib.
Məsələ ilə bağlı şairə Leyli münasibət bildirmişdi. İndi isə mahnının musiqi yazarı Hakan danışdı. SİA-ya açıqlama verən bəstəkar bu sözləri dedi: "Cengiz bəylə bu ilk işimizdir. Ancaq ümid edirəm ki, bu, son olmaz. Cengiz bəyin albomunda çox sürprizlər olacaq. Gözləmədiyimiz insanların bəstələri də alboma salınıb. Amma ilk mahnı məhz biz yazdığımız olacaq. İndi mahnı aranjemandadır. İş bitən kimi alboma daxil ediləcək.
Hər kəs bilir ki, Cengiz bəy Türkiyənin ən önəmli sənətçilərindən biridir. O, öz yolunu heç vaxt dəyişməyib. Hər zaman öz adını və yerini qoruyan bir insandır. Cengiz Kurtoğlu sözün əsl mənasında musiqi əjdahasıdır. Biz necə də xoşbəxt insanıq ki, bu cür sənətkarla çalışırıq. Onunla çalışmaqdan çox qürur duyuruk. Cengiz bəylə iş birliyimiz bizim qardaş ölkəki işlərimizə uğurlu təkan olacaq. Onu da qeyd edim ki, bu layihədən başqa bizim digər maraqlı işlərimiz də olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB