Türk müğənnisi azərbaycanlı şaiərənin sözlərinə müraciət etdi
Türkiyənin əfsanəvi səsi Çingiz Kürtoğlu azərbaycanlı şairə Leyli İsrafilovanın sözlərinə mahnı bəstələdib. Leylinin SİA-ya verdiyi məlumata görə, mahnının musiqisi Bakıda çalışan və bir çox hitlərin müəllifi olan, əslən türkiyəli Hakan Erola məxsusdur.
Leylinin sözlərinə görə, Çingiz üçün mahnı yazmaq təklifi müğənninin özündən gəlib. Belə ki, Hakan Erolun qardaşı, müğənni Gökhan Erolun vasitəsi ilə iş birliyinə başlayan tərəflər Çingizin istəyi ilə ona mahnı yazıb göndərdilər və müğənni bəyəndi: "Çingiz Kürtoğlu Türkiyədə çox seçilən klassik müğənnidir. Fikrimcə bütün müəlliflər üçün ona mahnı yazmaq şərəfdir. Biz özümüz də ən seçilənlərlə işləməyə maraqlıyıq. Allah qoysa, iş birliyimiz uğurla davam edər".

Leyli onu da qeyd etdi ki, sözügedən mahnı müğənninin hazırlanan son albomunda birinci musiqi olacaq: "Bunu Çingiz bəy özü istəyib. O, mahnıya xüsusi diqqət edir. Gecə də gündüz də mahnı ilə maraqlanır. Yeni hazırlanan albomda bizim mahnımızla yanaşı Tarkanın, Sinan Özenin və Sezen Aksunun da bəsətələri yer alacaq. Ancaq ilk mahnı elə biz yazdığımız olacaq".
O ki qaldı mahnının adına, mən mahnının adını "Dur, getmə" olaraq təklif etdim. Lakin Çingiz bəyin istəyi ilə mahnı "Kor olsun gözlərim" adlandı. Onu da qeyd edim ki, yazdığım sözlərin tərcüməyə heç bir ehtiyacı olmadı. Çünki əziyyətsiz birbaşa türk dilində yazdım. Yaxın günlərdə mahnı aranjemandan çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB