Cennifer Lopez Azərbaycan radiosunun qonağı olacaq

O, Məzahir dayının qonağı olacaq
Cennifer Lopez Azərbaycan radiosunun qonağı olacaq

Dünya şöhrətli ulduz Cennifer Lopez bayram günlərində "Araz FM" radiosunun qonağı olacaq. Bayram günlərində sözügedən radionun dinləyiciləri dünya şöhrətli ulduzun həqiqi müsahibəsini dinləyəcəklər. Əcnəbi ulduz Məzahir dayının qonağı olacaq. Bu barədə məlumatı SİA-ya radionun baş redaktoru Səxavət Nur məlumat verib: "2012-ci il dünya sakinləri üçün olduqca maraqlı və yaddaqalan oldu. Çünki məhz bu ildə insanlar dünyanı itirmək qorxusu ilə üzləşdilər. 2012-ci il insanlara dünyanı sevməyi, qorumağı öyrətdi. Üzümüzə gələn il planetlərin bayramıdır. Yeni ildə "Araz" radiosunun əməkdaşları dünya ölkələrinin dilində bütün dünyanı salamlayacaq, təbrik edəcək.

Dinləyicilər yapon, özbək, ingilis, indoneziya və daha bir çox dillərdə təbrik və salamlaşmanı dinləyəcəklər. Bundan başqa məşhur dünya ulduzu Cennifer Lopez radionun vaxtaşırı dinləyicisi olan Məzahir dayının təqdimatında yayımlanan proqramda müsahibə verəcəklər. Bundan başqa dünya ölkələrində qeyd olunan yeni il şənlikləri və ötən əsrdə öz möhtəşəmliyi ilə unudulmazlar siyahısında olan canlı konsertlər "Araz FM" radiosunda səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə