Azərbaycanlı müğənni dərs keçdi

Azərbaycanlı müğənni dərs keçdi

Azərbaycanlı müğənni Səyyad Əlizadə illər öncəsi baş vermiş hadisəyə görə, qadın həmkarını qınayıb. SİA-ya açıqlaması zamanı adını çəkmək istəmədiyi ifaçıya məsləhət verib: "İllər öncə qadın həmkarım var idi. Çox istəyirdi ki, tamaşaçılar onu sevsin, tanısın və şəkil çəkdirsin. İllər keçdikdən sonra o tanındı. Bir gün həmin həmkarım ilə el şənliklərinin birində iştirak edirdik. Məclisə təşrif buyuran qonaqlar onunla şəkil çəkdirmək istəyirdilər. O, bir neçəsi ilə şəkil şəkdirdikdən sonra qışqırmağa başladı və əsəbləşərək söylədi ki, artıq şəkil çəkdirmək istəmirəm. Mən də ona xatırladaraq dedim ki, bir vaxtlar məhşur olmaq istəyirdin, indi isə əsəbləşirsən. Eyni zamanda ona bildirdim ki, həddi aşmaq lazım deyil. Çünki bizi Allah bu mərtəbəyə qaldırıb, tamaşaçlar isə sevib. Odur ki, heç kimə yuxarıdan aşağı baxmaq lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə