Konsert proqramlarından imtina edən sənətçini sürprizlər gözləyir

Konsert proqramlarından imtina edən sənətçini sürprizlər gözləyir

Müğənni İlahə İbadova Yeni ilə xüsusi hazırlaşır. Sənətçinin həm təzə, həm də köhnə yeni il proqramını müəyyən edib. Dekabrın 31-i ailə üzvləri ilə birlikdə olmağı arzulayan sənətçi həmin günün konsert təkliflərindən imtina edib. Həmçinin xanəndə, dostları tərəfindən sürpriz hədiyyələrlə qiymətləndiriləcək.

Sualımızı cavablandıran sənətçi deyir ki, bayram bununla bitmir. O, köhnə ili də bayram əhval-ruhiyyəsində qeyd edəcək. Sənətçinin proqramı respublikadan kənara düşünülüb. O, gedəcəyi ölkənin adını açıqlamasa da, seçiminin uğurlu alınacağına inandığını qeyd etdi.

Yeni təqvimə gəlincə, o, bəzi insanların ehtiyyat etdiyi 2013-cü ili son iki rəqəminə nəs yanaşmadığını SİA-ya açıqlayıb: "Mən planlarımı rəqəmlər üzərində deyil, Tanrıya sığınaraq qururam. Uğuruna da inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə