Qızının boşanma xəbəri ilə media aləmində səs salan müğənni Elariz Məmmədoğlu bu yaxınlarda baba olub. O, qızının boşandığını təkzib edərək şayiələrə fikir vermədiyini deyib. Telekanalların birində açıqlama verən ifaçı ailəsini heç vaxt reklam etmək fikrində olmadığını da diqqətə çatdırıb: "Qızımın boşanma xəbəri yayılsa da, mən bu yaxınlarda baba olmuşam. Qızımın boşanma xəbərini eşidəndə o qədər də önəm vermədim. Çünki mən də reaksiya versəydim, söhbət böyüyəcəkdi. Onu da deyim ki, hazırki, durumumdan çox məmnunam. Çünki erkən yaşda ailə qurduğum üçün artıq cavan yaşda babayam. Nəzərinizə çatdırım ki, yenicə dünyaya gələn nəvəmin adını mən qoymasam da istərdim ki, sağlam olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB