İlhamə Quliyeva yeni ili hansı ölkədə keçirəcək? FOTO

Xalq artisti vətəni tərk etdi
İlhamə Quliyeva yeni ili hansı ölkədə keçirəcək? FOTO

Türk dünyasının sənət kraliçası İlhamə xanım Quliyeva bu gün səhər Fransaya yola düşdü. Bu barədə SİA-ya müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, sənətkar həmin ölkədə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tədbirdə iştirak edəcək. İlhamə xanımın Fransa səfəri 3 gün davam edəcək. Daha sonra xalq artisti Yeni ili qarşılamaq üçün dekabrın 31-də Parisdən Rusiyanın Moskva şəhərinə yollanacaq. Moskvada yaşayan həmyerlilərimizlə yeni - 2013-cü ili qarşılayan sənətkar qonşu ölkədə iki həftə qalacaq.

Qeyd edək ki, İlhamə xanım bu il heç bir kanalın Yeni il şənliyində iştirak etmək üçün razılıq verməmişdi. Yalnız "Space" kanalının Yeni il proqramına çəkilib. Sənətkarın avazının heyranları dekabrın 31-də "Space" kanalının səhər verilişinə baxa bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə