JLO da "Gangnam Style" oynadı

Dünyanın məşhur müğənnisi Cennifer Lopez sevgilisi Casper Smartla birgə Cənubi koreyalı reper PSY-ın internetdə izlənmə rekordları qıran və bütün dünyada fenomenə çevrilmiş "Gangnam Style" mahnısının cazibəsinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müğənni Puerto-Rikoda stadionun açılışında futbol geyimində çıxıb. Cennifer Lopez "Gangnam Style" rəqsi edərək möhtəşəm şou və gözəl anlar yaşadıb.

Qeyd edək ki, məşhur ulduz Cennifer Lopezin anası da şouya qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə