Sevda Yahyayeva Aygün, Röya və Brilliant haqda nələr dedi?

Qaraqan Sevda ilə duet oxuması üçün ondan böyük miqdarda qonarar tələb edib
Sevda Yahyayeva Aygün, Röya və Brilliant haqda nələr dedi?

Məşhur müğənni Sevda Yahyayeva Lider Tv-də yayımlanan "Klip parad" verlişinin qonağı olub. SİA-nın məlumatına görə, müğənni bu günə qədər açıqlamadığı məsələləri dilə gətirib. 3 həftədir "Klip parad"da liderliyini qoruyub saxlayan müğənni uşaqlıqdan Şaxta babaya inanandığı və hər il ondan böyük hədiyyələr alacağını gözlədiyini etiraf edib: "Məktəbdə yeni il şənliklərində qar qızı özüm olurdum. Elə bilirdim ki, qar qızı olduğum üçün Şaxta baba ən böyük hədiyyəni məhz mənə verəcək. Onun qulağına pıçıldayırdım ki, qar qız mənəm və hədiyyə mütləq mənə çatmalıdır".

Müğənni xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova və estrada ulduzu Röyanın Türk şou-biznesinə qatılmasına da münasibət bildirib. Sevda onların getdiyi yolla addımlamaq istəmədiyini dilə gətirib: "Mənim üçün elə bura da əladır. Mən Azərbaycanda böyük uğurlara imza atmaq istəyirəm. Hələ ki, kənara çıxmağı düşünmürəm".

Sevda məşhur reper Elxan Qaraqan haqda da danışıb. Yayılan şayiələrə görə, Qaraqan Sevda ilə duet oxuması üçün ondan böyük miqdarda qonarar tələb edib. Sevdanın bu məsələyə münasibətini isə veriliş zamanı biləcəksiniz.

Onu da xatırladaq ki, bu cümə, 28 dekabr tarixində saat 16:45-də efirə gedəcək "Klip parad" verilişinin aparıcısı Zemfira Adıgözəlova, prodüsseri Pərviz Oqtayoğlu, lahiyə rəhbəri və rejissoru isə Nail Naiboğludur.

Verilişin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə