"Eurovision" Mahnı Müsabiqəsi Milli seçim turlarından izləyicilərin rəğbətini qazanan Tofiq Hacıyev yeni il ərəfəsində yeni mahnısını tamaşaçılara təqdim edib. SİA-nın məlumatına görə, 2013-cü ildə işıq üzü görəcək ilk solo albomunun birinci sinqlı olaraq təqdim olunan, söz və musiqisi gənc bəstəkar Məmmədov Ünala məxsus "Qış Nağılı" mahnısı romantikası və həzinliyi ilə yerli şou-biznesdəki mahnılardan seçilir.
Müğənni mətbuat üçün açıqlamasında qeyd edib ki, mahnı geniş dinləyici kütləsi üçün nəzərdə tutulub. O, mahnının qısa zaman ərzində daha çox məşhurlaşacağına, seviləcəyinə inandığını bildirib: "Biz yeni proekt və ilk albom üzərində çalışırıq. Bu layihənin əsas məqsədlərindən biri, ölkəmizin tamaşaçı auditoriyasına daha gözəl, səmimi musiqilər, mahnılar təqdim etməkdir".
Gənc popçu qeyd edib ki, mahnı əbədi və tükənməz, insan həyatının bir nömrəli stimulu olan sevgidən bəhs edir. T.Hacıyev solo ifaçı kimi imza atdığı yeni layihənin Azərbaycanda və onun hüdudlarından kənarda tamaşaçıların rəğbətini qazanacağına ümidvar olduğunu vurğulayıb.
İfaçı onu da qeyd edib ki, albomunun ilk sinqlı olan "Qış Nağılı"nın tezliklə klipi də təqdim olunacaq.
Mahnın müəllifi isə bildirib ki, Sevgi qar və yeni illə sintez olunub. Ortaya romantik və hər birimizin gündəlik həyatında rahatlıqla tətbiq edə biləcəyi səmimi bir mahnı çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB