Bir neçə gün öncə media nümayəndələrini başına toplayan əməkdar artist, məşhur müğənni Mətanət İsgəndərli maraqlı açıqlama verdi. SİA-nın məlumatına görə, qədim zamanlardan kübar fransız qadınların üstünlük verdiyi göz örtüyündə məclisə qatılan əməkdar artist jurnalistlərin sorğu-sualı ilə üzləşdi.
Sözügedən örtükdən istifadə etməsinin səbəbini yalnız 2013-cü ildə açıqlayacağını qeyd edən Mətanət xanımın sözləri hər kəsi intizarda saxladı: "Bu qara göz örtüyündən niyə istifadə etdiyimi yalnız gələn il biləcəksiniz. Ancaq onu deyim ki, siz bunun səbəbini bildiyiniz zaman şoka düşəcəksiniz. Bundan sonra məni ancaq bu imicdə görəcəksiniz".
Jurnalistlər nə qədər israr etsələr də, əməkdar artist ötrükdən istifadə etməsinin səbəbini açıqlamadı və xüsusilə vurğuladı ki, bunun plastik əməlliyatla heç bir əlaqəsi yoxdur. Sübut üçün o gözündəki örtüyü çıxarıb, gözlərini nümayiş etdirdi.
Lakin SİA araşdırdı ki, bu obraz məhz Mətanət İsgəndərlinin səhhəti, daha dəqiq vurğulasaq keçirdiyi plastik əməliyyatla bağlıdır. Məsələ burasındadır ki, İsgəndərli göz və gözətrafı qırışlarını aradan qaldırmaq üçün cərrahiyyə masasına çıxıb.
Onu da bildirək ki, sözügedən gözörtüyü həm də hüzür eləmətidir. Araşdırmamız zamanı onu da öyrəndik ki, əməkdar artist itgi yaşayır. Bunu isə hələ ki heç kim bilmir.
Müğənninin bundan sonra görəcəyiniz yeni imicini daha yaxından izləyin.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB