Məşhur müğənni Ayan Babakişiyeva "Mən olacağam" adlı mini-film çəkdirib. Rejissor Ceyhun Kərimovun ekranlaşdırdığı videoda Ayanla birgə incəsənət xadimləri Baba Vəziroğlu, Xanım İsmayılqızı, əməkdar artistlər Ədalət Şükürov və Kəmalə Hüseynova da çəkilib.
Ayanın SİA-ya verdiyi məlumata görə, mini-film sevgi üzərində qurulub. Burada gənc qız evli kişini sevir. Qarşı tərəfin sözlərinə görə, o da gənc xanıma aşıqdır, ancaq öz ailəsini ata bilmir: "Burada hər kəs öz daxili aləmində bədbəxt olur. Ancaq əsas rolun ifaçısı olan gənc xanım, yəni mən, özümü artıq gəlinlik libasında görürəm".
Müğənninin sözlərinə görə, filmdə 20 nəfərə yaxın aktyor çəkilib. Operatorlar Elşən Əliyev və İlkin Şirindir.
Ayanın imici üzərində məşhur stilist Səbinə İmanova çalışıb.
"Mən olacağam"ın təqdimatı isə 2013-cü ilin ilk ongünlüyünə təsadüf edəcək:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB