İlhamə Quliyevadan sərt ismarıc: “Ayıbdır”

İlhamə Quliyevadan sərt ismarıc: “Ayıbdır”

Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva son günlər mətbuatda özlərini reklam edən, ifaları ilə gülüş obyektinə çevrilən səntçilərlə bağlı bəzi ismarıclar yollayıb. Sənət aləminin uçurumun başında olduğunu deyən "Primadonna" bu vəziyyətə nöqtə qoymağın zamanı olduğunu bildirib.

SİA-ya açıqlama verən xalq artisi bu mövzuya açıqlaması ilə son qoyacağını da istisna etmədi: "Mən sənətkar ailəsində dünyaya göz açmışam. Şou-biznesdən uzaq sənətkaram. Sənətin nə qədər dəyərli olduğunu bilirəm. Ancaq çox təəssüf ki, indi sənəti çox ucuzlaşdırıblar. Mən sözü bir dəfə deyirəm. İkinci dəfə fikir söyləməyə ehtiyac duymuram. Mənim tərəfimdən deyilən hər bir söz həmin sənətçilər üçün böyük bir reklam olar. Ona görə də sənətdən uzaq insanlara imkan vermərəm ki, bundan istifadə etsinlər".

İlhamə xanım bildirib ki, hər zaman canlı ifası ilə yaddaşlarda qalıb. Fikrət Əmirov kimi dahi bəstəkarın silsilə mahnıları məhz onun ifasında səslənib və sevilib. İlhamə Quliyeva hər yerindən qalxan adamın özünü sənətkar kimi təqdim etməsinə də münasibət bildirib: "İndi bir iki boğaz oxuyub özünə sənətkar deyənlərin sayı çoxalıb. Səsi yerində olmayanlar, səsinə tam güvənməyənlər utanmadan, necə sənətdan danışırlar, onu başa düşə bilmirəm. Canlı ifa etməyə gücünüz çatmırsa, səsinizə əmin deyilsinizsə niyə oxuyursunuz? Ayıbdır! Sənətkarlardan utanın".

Bütün xəbərlər Facebook səhifəmizdə