Nura Surinin bu problemi həll olunmur

Nura Surinin bu problemi həll olunmur

Məşhur müğənni Nura Surinin yaşadığı binada qaz problemi hələ də davam edir. Müğənni dəfələrlə bu barədə şikayətini bildirsə də, məsələ öz həllini tapmır. SİA-nın məlumatına görə, Nura bu haqda yenə də facebook səhifəsində narazılığını bildirib.

Müğənninin soşial şəbəkədəki dostları ilə bölüşdüyü statusu olduğu kimi oxuculara təqdim edirik: "Xətayi rayon Qaz İdarəsi ənənəsinə sadiq qalaraq, bu gün səhər saatlarından qazı kəsib! Qaz idarəsinin rəisi dəyişməyənə kimi bu problem bitməyəcək. Qazın bu gün səhərdən yenidən verilməməsi isə yeni tikililərdə kombi istilik sisteminin işləməməsi, isti suyun olmaması və yemək hazırlaya bilməmək kimi problemlərlə üzləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə