Azərbaycanlı müğənni 4 kişinin əlində… YENİLƏNİB

110 mahnı “Bakı gecələri”ndə
Azərbaycanlı müğənni 4 kişinin əlində… YENİLƏNİB

Hər il ənənəvi olaraq keçirilən "Bakı gecələri" estrada mahnı müsabiqəsinin builki qalibləri bəlli oldu.

Festivalın qalibləri sırasında əməkdar artist Abbas Bağırov, məşhur müğənnilər Samira Allahverdi, Zamiq Hüseynov, Sevda Yahyayeva, Roza Zərgərli, Günay İbrahimli, Səidə Dadaşova, "Şeron" və "Qala" qrupları var idi.

25.12.2012 14:36

Dekabrın 24-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə keçirilən "Bakı gecələri–2012" estrada mahnı festivalı qaliblərinin qala-konserti təqdim edilib.

Konsertdən əvvəl Bakı gecələrini əks etdirən kompozisiya nümayiş etdirildi.

"Bakı gecələri–2012" estrada mahnı festivalında, ümumilikdə, 110 mahnı "Araz FM-103.3" radiosunun efirində səsləndirilmiş, tamaşaçılar tərəfindən seçilmək üçün SMS və www.baku-art.azsaytında keçirilən onlayn səsverməsinə çıxarılıb.

Noyabrın 20-dək davam edən səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı "Bakı gecələri-2012" estrada mahnı festivalının qalibləri elan edilib. Qalib mahnılar qala-konsertdə tamaşaçılara təqdim olunub.

Müğənnilərin ifaları və göstərdikləri performanslar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qalib mahnıların ifaçılarına diplomlar da verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə