Azərbaycanlı modelin əri intim səhnələrdə rol alıb

Azərbaycanlı modelin əri intim səhnələrdə rol alıb

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva məşhur modelyer Tolga Çamın yeni kolleksiyasının tanıtımında podiuma çıxıb. Ece Gürsel, Simge Tertemiz kimi modellərin qatıldığı defiledə əsasən güpürdən olan geyimlər nümayiş olunub. Günay Musayevanın SİA-ya verdiyi məlumata görə, onun podiuma çıxdığı defileni modelin həyat yoldaşı Tolga Karel də izləyib. Günaya dəstək olan aktyor bu yaxınlarda yeni serialda rol alıb. "Bir Zamanlar Osmanlı – Kıyam" serialının bitməsi ilə əlaqədar Kanal D-də hər bazar ertəsi yayımlanan "Kanıt" serialına transfer olunan Tolga bu dəfə də izləyiciləri təəccübləndirib. Yeni rolu üçün imicini dəyişib saçlarını kəsdirən aktyorun seriala gəlişi ilə "Kanıt" reytinqlərdə irəlləyərək ilk onluğa daxil olub.

Serialda Komiser Yaman obrazını yaradan Tolqa Karel yaxın günlərdə oğlu ilə birlikdə reklam çarxında da çəkiləcək. Belə ki, Tolqa oğlu Cihangir Canla birgə dünyaca məşhur prezirvativ markalardan birini reklam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə