Əməkdar artist sürpriz dolu gecə vəd edir

Əməkdar artist sürpriz dolu gecə vəd edir

Azərbaycanın əməkdar artisti Azərinin Türkiyənin TRT kanalında yayımlanan "Azərinlə bir avaz" verilişinin növbəti qonağı bəlli olub. Müğənninin SİA-ya verdiyi məlumata görə, qonaqlar Türkmənistandan Gözəl Ovezova və Makedoniyadan Viktoriya Loba olacaq: "Bu həftənin proqramı çox fərqli keçməlidir. Mən makidon dilində mahnı oxuyacam".

Əməkdar artistin sözlərinə görə, o, canlı yayımda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş "Ad günüm" klipinin təqdimatını keçirəcək. Bununla yanaşı Azərin SSRİ xalq artisti Zeynəb Xanlarovanın 28 dekabr tarixində keçirəcəyi ad gününü də xüsusi sürprizlə təbrik edəcək.

Proqram hər bazar ertəsi olduğu kimi, bu gün də Azərbaycan vaxtı ilə saat 22:00-da canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə