Musiqiçilər bəstəkarın xatirəsini yaşatmaq istədilər

Musiqiçilər bəstəkarın xatirəsini yaşatmaq istədilər

Azərbaycanlı rejissor Rəhman Əliyev "Abşeron" ansamblı üçün klip çəkib. SİA-nın məlumatına görə, klip çəkilişləri Zaqulbada və Qalaqoruğunda görüntülənib. Klipin Abşeron ətrafında çəkilməsini musiqiçilər "Abşeron" fantaziyası ilə əlaqələndiriblər. Çəkilən klipin musiqisi mərhum sənətkar Elxan Rəhimova aiddir.

Ansanblın rəhbəri Malik Paşayev klip haqqında danışaraq bunları deyib: "Elxanın sağlığında ondan xahiş etmişdim ki, bizim ansambl üçün maraqlı musiqi nömrəsi yazsın. Cahargah muğamı ladı üstündə yazılmış bu kompozisiyasını biz efirlərdə çox ifa etmişik. Ona görə də istədim ki, bu mahnıya klip çəkilsin".

Qeyd edək ki, "Abşeron" ansanblının ifaçıları klarnetdə Bəxtiyar Ağayev, qarmonda Nəbi Məmmədov, tarda Elçin Rəcəbov, skripkada Toğrul Kərimov, nağarada İlham Məmmədbəyov, zərb alətlərində Camal Cəlilov, sintezatorda isə Zarba Məmmədəliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə