Xəbər verdiyimiz kimi dünən əməkdar artist Mətanət İsgəndərli "Gəl xoşbəxt olaq" adlı mahnısına çəkilən klipinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbir tək klip təqdimatı ilə yadda qalmayıb. Səbabkar gecəyə xüsusi "rəng" qatıb. Mərasimə bütün ailə üzvləri ilə birgə qatılan əməkdar artist oğul nəvəsi Tuncayı daha çox önəmsəyib. Onun üçün hədiyyə hazırlayan əməkdar artist adına "sürpriz" verdiyi ilan oyuncağını təntənəli şəkildə nəvəsinə təqdim edib. Qeyri-adi səslər çıxaran ilanın nəvəsi tərəfindən sevildiyini diqqətə çatdıran müğənni bütün media nümayəndələrini bu hədiyyəni çəkməyə cəlb edib: "Çox qəribədir, nəvəmin ən sevdiyi heyvan məhz ilandır".
Ancaq gecənin "sürprizi" bununla bitməyib. Əməkdar artistin növbəti "qeyri-adi" hərəkəti onun yenə də "sürpriz" adlandırdığı tort oldu. Burada media nümayəndələrini cəlb edən müğənni yer kürəsində formasında hazırlanan şirinliyi bir neçə hissəyə bölüb.
Əməkdar artistinin "özəl" gecəsində baş verənləri isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB