“Səviyyəsiz müğənni deyiləm”

“Səviyyəsiz müğənni deyiləm”

Azərbaycan estradasının tanınmış müğənnisi Xatirə İslam mikrafon üstündə dalaşan həmkarlarından danışıb. SİA-ya açıqlama verən Xatirə səviyyəsiz ifaçı olmadığını da xüsusilə vurğulayıb: " Heç vaxt toyda davam düşməyib. Nə də ki, mikrafon üstündə həmkarlarımla dalaşmamışam. Hər zaman hörmətlə yanaşıblar. Çünki mən səviyyəsiz müğənni deyiləm. Nə yaxşı ki, belə hadisələrlə rastlaşmamışam və nə də ki, davalar gözümün qarşısında olmayıb. Yəqin şou-biznes aləmindən kənar gəzdiyim üçün bu kimi davalarla rastlaşmamışam. Çox iyrənc mənzərədir".

Bütün xəbərlər Facebook səhifəmizdə