Almaniyada təhsil alan məhşur model Azər Atakişiyev sabah Vətənə qayıdır. Model Yeni ili Bakıda, ailə üzvləri ilə birlikdə qeyd edəcək. SİA-ya onlar üçün darıxdığını deyən model bayram axşamı Almaniyada yaşayan sevgilisindən ayrı düşəcəyini bildirib.
"Sabah onu tərk edib, Azərbaycana gəlirəm. Bu, müvəqqəti ayrılıq olacaq. Neçə aydır, ailəmdən uzaqdayam. Onlar da darıxıblar. Doğum günümü sevgilimlə keçirdim. Yeni ili isə Bakıda olmağa qərar verdim" – deyən modelin səfəri əksəriyyət insanları təşvişə salan dekabrın 21-i tarixinə təsadüf edir.
Fərziyyələrə inanmadığını bildirən Azər Atakişiyev: "Dünyanın dağılmağı xəbərindən qorxmuram. Bu tarix mənim gəlişim üçün təsadüfi seçimdir. Sevgilim də mənim kimi düşünür. Biz yaxın həftələrdə yenidən birlikdə olacağımıza inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB