Qırğızıstında Azərbaycan Gənclər günləri keçirilib. SİA-nın məlumatına görə, Bişkekdə ölkəmizi Gənclər və İdman Nazirliyinin Gənclər İdarəsinin baş məsləhətçisi Elçin Abbasovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinə - Sevinc və Sevil Səfərovalardan ibarət S-Twins qrupu, müğənnilər Elvin Abbasov, Aynişan Quliyeva və başqaları təmsil edib. Təmsilçəlirimizin Bişkek konservatoriyasında və "Şərq" Universitetində çıxışları baş tutub.
Tədbirdə diqqət çəkən bir məqam Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulovun S-Twins qrupunun çıxışı zamanı səhnəyə çıxıb əkiz bacılar ilə birlikdə rəqs etməsi olub.
Qeyd edək ki, tədbirin əsas məqsədi ölkələrimizin mədəniyyət sahəsindəki əlaqələrini möhkəmləndirmək və gəncələrimiz arasında dialoqun daha geniş vüsat almasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB