Azərbaycanın rəqibsiz şoumeni, tanınmış prodüsser və teleaparıcı Murad Dadaşovun bu gün doğum günüdür. Teleaparıcının 34 yaşı tamam olur.
Nəzərinizə çatdıraq ki, Murad Dadaşov 1978-ci ildə Bakıda anadan olub.16 saylı orta məktəbi bitirib. BDU -nun Sosial elmlər və psixologiya fakültəsinin məzunudur. İxtisasca psixoloqdur."Bakılı oğlanlar"ın üzvü olub. "Yeriniz məlum", "Mərc-şou", "Bir cənub şəhərində", "Maşın" şoularının aparıcısı və ideya müəllifi kimi çıxış edib. Bir neçə filmlərə çəkilib. Çoxsaylı mükafatlar laureatıdır.
Qeyd edək ki, ailəlidir. 3 oğul övladı var.
Biz də SİA olaraq şoumeni ad günü münasibəti ilə təbrik edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB