Faiq Ağayevin mətbuat konfransında konsertlə bağlı detallarla yanaşı, yeni "Əlvida" adlı klip də nümayiş olundu. Teleaparıcı Afaq Gəncəli ilə birgə çəkdirdiyi klip rejissor Ülviyyə Könül tərəfindən lentə alınıb.
21.12.2012 14:07 |
Bu dəqiqələrdə Azərbaycanın xalq artisti, 100% F.A, Cənab Qızıl Şlyager Faiq Ağayev 27, 28, 29, 30 dekabrda Heydər Əliyev Sarayında verəcəyi 4 günlük "Vida" konsertlərində təqdim edəcəyi sürprizlərin detallarını açıqlamaq üçün KİV nümayəndələri ilə görüş keçirir.
Tamaşaçılara 4 günlük unudulmaz şou vəd edən xalq artisti təqdimat mərasimi zamanı bir çox surprizlərlə qarşılaşıb. Ona tanınmış dizayner İbo fosfor, muncuqlarla, qaşlarla bəzədilmiş və üzərində F.A yazılan şam hədiyyə edib. Faiq Ağayev tanınmış dizaynerin bu hədiyyəsindən məmnun qalıb.
Daha sonra tədbirdə xoşagəlməz hadisə baş verib. Üzərində F.A yazılan plakat yerə düşüb.
Nəzərinizə çatdıraq ki, xalq artisti Faiq Ağayev yazıçı Çingiz Abdullayevdən başqa heç kimə dəvətnamə göndərməyib. Xalq artisti həmkarlarına dəvətnamə göndərməməyinin səbəbini isə belə açıqlayıb: "Məni sevən və hörmət edən dostlarımın özləri gəlməlidirlər. Mənim dəvətnamə göndərməyimə ehtiyyac yoxdur. Əgər onların arasında könüllü şəkildə mənim konsertimdə iştirak etmək istəyi olanlar olsa və bunu mənə desələr, mən də sevərək dəvətnaməmi onlara göndərərəm".
Onu da qeyd edək ki, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi zəhməti var: "Nazirimiz Əbülfəs Qarayev konsertdə iştirak edəcəyini deyib. Mən həmçinin jurnalistlərə də xüsusi önəm vermişəm. Konsertimin ilk günü media nümayəndələri ən layiqli yerdə əyləşəcəklər".
Mərasimdə baş verən ən maraqlı məqamları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz:
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB