Azərbaycanlı müğənninin qəfil qərarı

“Qayıtmadı”
Azərbaycanlı müğənninin qəfil qərarı

Tez bir zamanda məşhurlaşan və dayanmadan işləyən iddialı müğənni Zarina Məmmədova qəfil qərar verərək, növbəti klip çəkilişlərinə başlayır. 2012-ci ildə hazırladığı mahnıya klip çəkdirən müğənni yeni ilin ilk məhsulunu ərsəyə gətirmək üzrədir.

Müğənni musiqisi Hakan Erola sözləri Leyli İsrafilovaya məxsus "Qayıtmadı" mahnısını lentə alıb. 2013-cu ilin ilk klipini hazırlayan Zarina rejissor seçimində daha öncə də iş birliyi qurduğu Nail Naiboğlunu üstün tutub.

Bir neçə ay öncə "Kaş" mahnısına ekran həyatı verən Nail Naiboğlunun peşəkarlığı və məsuliyyətini bəyənən müğənni 2013-cu ilin ilk klipindən də böyük uğurlar gözləyir.

SİA-ya açıqlama verən ifaçı qərarı anidən verdiyini açıqladı: "Heç mahnıdan xəbərim yox idi. Leyli ilə Hakan mahnını mənə göstərdilər mən də çox bəyəndim. Oxudum, amma klip çəkdirmək fikrim yox idi. Çünki bu il çox klip çəkdirmişəm. Bəlkə də mən ən çox klip çəkdirən müğənnilər sırasındayam. Yenə də lirikaya müraciət etdim. Çünki səs tembrimə düşməsi ilə yanaşı, ruhuma da yaxındır. Klip çəkilişləri bir neçə günə başlayacaq. Ancaq klipin özü gələn ilin bəlkə də ilk günündə təqdim olunacaq. Ümidvaram ki, tamaşaçılar da çox bəyənəcək".

Hər zaman peşəkar komanda ilə çalışmağı üstün tutan müğənni bu dəfə stilist seçimində Elnur Həsənova müraciət etdi. Bir çox layihələrini birgə ərsəyə gətirən tərəflər yenə də tamaşaçılara fərqli obraz təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə