“Kişinin qulağında sırğa görmək çox eybəcər mənzərədir”

“Kişinin qulağında sırğa görmək çox eybəcər mənzərədir”

Azərbaycanlı müğənni Səyyad Əlizadə şou-biznes aləmindəki kişilərin geyim tərzindən söz açıb. O, rəngli geyimə və sırğalara üstünlük verən həmkarlarına məsləhət verib.

SİA-ya açıqlama verən müğənni qaşlarını aldıran ifaçılara da öz iradlarını bildirməkdən çəkinməyib: "Kişilərin rəngli geyimlərdən istifadə etmələri və sırğa taxmaları çox gülünc vəziyyətdir. Qırmızı şalvar geyinmək və kostyum geyinmiş kişinin qulağındakı sırğanı görmək çox eybəcər mənzərədir. İllər öncə bir çox tarixi insanlar sırğa taxıb. İndiki, dövrümüzdə isə bu qəbul olunmur. Odur ki, zamanla ayaqlaşmaq lazımdır. Onu da deyim ki, qızlarımızın ailə qumamışdan öncə qaş aldırmaları qəbul olunmurdu. Hazırda isə zəmanə dəyişib. İndi qaşlarını həm ailə qurmamış xanımlar, həm də "kişilər" aldırır. Saçlarını boyayan kişilərə isə o qədər də pis münasibətdə deyiləm. Əgər saçını rəngləyən kişi efir adamıdırsa, bunu qəbul etmək olar. Ancaq sadə insanın saçını boyamasını qəbul edə bilmərəm. Mənim fikrimcə, kişiyə əlavə yaraşıq lazım deyil. Çünki onlar meymundan fərqlənsələr bəs edər. Əsas odur ki, insanın xarakterində kişiliyi olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə