Röya yoxsa Aygün?

Azərbaycanlı rejissor Fuad Əlişov 2012-ci ildə şou-biznesdə klipləri ilə yadda qalan müğənnilərin adlarını açıqlayıb. Rejissor iki tanınmış simanı müqayisə etməkdən də çəkinməyib. Telekanalların birində açıqlama verən Fuad xalq artisti Aygün Kazımovayla müğənni Röya Ayxanın bu il bir-biri ilə rəqabətə girdiklərini də dilə gətirib: "Bu il şou-biznesdə bir çox ifaçıların yadda qalan klipləri oldu. Amma "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsindən və məhşur ifaçıların Bakıya gəlməsindən sonra bizim müğənnilərimiz onlara baxaraq daha da peşəkarlaşdılar. Nəzərinizə çatdırım ki, bu il sanki şou-biznesin iki məhşur ifaçıları Röya və Aygün duelə girmişdi. Çünki hər ikisi gündəmdə yer tutacaq və yaddaşlarda həkk olacaq kliplər çəkdirdilər".

Qeyd edək ki, Fuad Əlişov meyxana deyən Ehtiram və İntiqam qardaşlarının "Davay dosvidaniya" meyxanasının isə rus mətbuatında böyük səs qaldırdığını xüsusilə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə