Müğənni xərclədiyi pullardan danışdı

Müğənni xərclədiyi pullardan danışdı

"Klip Parad" verilişinin növbəti çəkilişləri baş tutub. SİA-nın məlumatına görə, rejissor Nail Naiboğlunun ərsəyə gətirdiyi verilişin bu dəfəki qonağı məşhur estrada müğənnisi Rüfət Axundovdur.

Aparıcı Zemfira Adığözəlovanın təqdimatında yayımlanan verlişdə əsas qonaq gözlənilməz etiraflar edib. Xəcrlədiyi pullardan, baş tutmayan piarından söz açan müğənni bütün qaranlıq məsələlərə aydınlıq gətirəcək: "Niyə bu qədər pullar xərclənir? Hamı istəyir ki, məşhur olsun. Mən ayın bütün günləri toyda oluram".

Xatırladaq ki, "Klip parad" verilişi 21 dekabr saat 16:45-də yayımlanacaq.

Verilişin informasiya dəstəyi Səs İnformasiya Ağentliyinə (SİA.AZ) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə