Faiq Ağayev “dünyanın sonu" mövzusuna son qoyacaq

Faiq Ağayev “dünyanın sonu" mövzusuna son qoyacaq

Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Faiq Ağayev 27, 28, 29, 30 dekabrda Heydər Əliyev Sarayında verəcəyi 4 günlük konsertlər proqramına həsr olunmuş mətbuat konfransı keçirəcək. SİA-nın məlumatına görə, az qala bütün dünyanı vahiməyə salan 21 dekabr tarixində baş tutacaq mətbuat konfransına xalq artisti tərəfindən seçilmiş jurnalistlər dəvətlidir.

Faiq Ağayev media mənsublarına açıqlamasında qeyd edib ki, mətbuat konfransında "dünyanın sonu" mövzusuna son qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə