Aybəniz Haşımova: "Qızım çox bacarıqlıdır"

Aybəniz Haşımova: "Qızım çox bacarıqlıdır"

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova qızı Aynişanın yaradıcılığı haqda danışıb. O, qızının bir çox yenilikləri olduğunu deyib. SİA-ya açıqlama verən əməkdar artist Aynişanın daima öz üzərində işlədiyini deyib: "Aynişanın bir çox yenilikləri var. Yeni mahnılar üzərində çalışır. Ümumiyyətlə, qızım çox bacarıqlıdır. Eyni zamanda da çalışqandır. 2013 –cü ildə də bir çox yenilikləri olacaq".

Qeyd edək ki, Aybəniz xanım yeni ili qızı ilə xarici ölkədə qarşılayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə