21 dekabr tarixində dünyanın dağılması xəbəri adi insanları vahiməyə saldığı kimi şou-biznes əhlinin də gözünü qorxutdu. Dünyanın dağılmasını istəyən qalmaqallı stilist Samiraldo (Samir Əliyev) həmin günü səbirsizliklə gözlədiyini dilə gətirdi. SİA-ya açıqlama verən stilist insanların qəddarlığından da söz açdı: "21 dekabrda dünyanın dağılmağını çox istəyirəm. Çünki insanlar qəddarlaşıblar. Çox günah işlər görürlər. Hətta Allahı belə tanımırlar. Bəzi islam ölkələrinə efirlərdən baxırıq ki, insanlar bir-birini öldürür. Məncə 21 dekabr dünyanın sonudur. O günü böyük səbirsizliklə gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB