Xatirə İslam nəyə “stop” dedi?

Azərbaycan estradasının tanınmış müğənnisi Xatirə İslam qalmaqallardan kənar gəzdiyini deyib. O, heç bir həmkarı ilə dalaşmaq istəmədiyini dilə gətirib. SİA-ya açıqlama verən Xatirə bundan sonra ünvanına gələn xoşagəlməz sözlərə də cavab verməyəcəyini dilə gətirib: "Artıq şou-biznesdəki, dava-dalaşdan kənar gəzirəm. Bundan sonra heç bir müğənni ilə qalmaqal yaratmaq istəmirəm. Hətta mənim ünvanıma söylənilən xoşagəlməz sözlərə belə fikir vermiyəcəm. Bir sözlə, hər şeyi görməzlikdən və eşitməzlikdən gələcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə