Səbinə Babayeva “Pəri” olub həmkarını geyindirdi

Səbinə Babayeva “Pəri” olub həmkarını geyindirdi

ATV telekanalı Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə maraqlı proqram hazırlayıb. SİA-nın məlumatına görə, iki hissəli veriliş "Göycək Fatma", "Zoluşka" kimi məhşur nağılların motivləri əsasında qurulub. Əksər şou nümayəndəsinin iştirakı ilə verilişin birinci hissəsi film şəklində hazırlanıb. Burada əsas obraz gənc müğənni Aysel Əlizadəyə həvalə edilib. Aysel kamera qarşısında həyəcanını boğub oyunu ilə kollektivi təəccübləndirib. Qubada 20 günə yaxın davam edən çəkilişlərin karnaval hissəsi Bakıda aparılacaq.

Ayselə bu dəfə Eurovision-2012 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayevanın canlandırdığı Pəri tərəfindən ən gözəl libas geyindirilir və karnavala göndərilir. Müğənni bu uğurlu işinin ardınca maraqlı yeniliklər edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə