Xəbər verdiyimiz kimi populyar estrada müğənnisi Zamiq Hüseynov unudulmaz səsə malik Akif İslamzadənin repertuarından oxuduğu "Ötən günlərimi qaytaraydılar" mahnısına klip çəkdirib. SİA-nın məlumatına görə, klip artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb.
Rejissoru Anar Hüseynov olan ekran işində Zamiq rəqqas obrazını canlandırır. Tərəf-müqabili Veronika xanımla klipdə eşq hekayəsi yaşayan Zamiq ötən günlərinin xəyalını qurur.
Bütün hadisələrin Azərbaycan Dövlət Opera və Balet Teatrında cərəyan etməsi klipə xüsusi rəng qatıb.
Onu da bildirək ki, klipdə Zamiqlə rəqqasə xanımın imici üzərində Elnur Həsənov çalışıb. Ümumilikdə geyim tərzini müəyyən edən Elnurun istəyini həyata keçirmək üçün modelyer Afa xanım yardımçı olub. Hər iki aktyorun saç düzümü Fuad Hacıyevə məxsusdur.
Sevgidən ehtiraslanan aşiq obrazını mükəmməl yaradan müğənninin sözügedən klipini siz də izləyin:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB