Teleaparıcı azərbaycanlı müğənnini aldatdı?

O, sükanı Zamiqə verdi
Teleaparıcı azərbaycanlı müğənnini aldatdı?

Xəzər Tv və Araz radiosunun birgə ərsəyə gətirdiyi "İmza: Mən" verilişinin növbəti çəkilişləri baş tutub. SİA-nın məlumatına görə, teleaparıcı Səxavət Nurun təqdimatında yayımlanan "İmza: Mən"də qonaq məşhur müğənni Zamiq Hüseynov olub.

Qeyd edək ki, verilişin çəkilişlərindən öncə aparıcı maraqlı açıqlama ilə diqqəti cəlb etmişdi. Səxavət şəxsi facebook səhifəsində verilişdən gedəcəyi barədə status yazmışdı: "Sükanı Zamiqə verirəm. Verilişi o aparacaq. Mən isə aparıcılıq karyerama son qoymaq istəyirəm".

Çəkiliş zamanı aparıcının vəd etdiyi sözlərin bir qismi həyata keçdi. Belə ki, verilişin əvvəllində deyildi kimi, Zamiq Hüseynov aparıcı oldu və onun ilk qonağı elə Səxavət idi. Ancaq ardınca öz aparıcılıq kürsüsünə əyləşən Səxavət söz verdiyi sükanı Zamiqə təqdim etdi. Əslində avtomobil sükanından bəhs etdiyini deyən Səxavət Zamiqlə yanaşı, bütün tamaşaçıları da təəccübləndirdi: "O ki qaldı mənim aparıclıq karyerama, mən bunu yalandan demədim. Əslində belə bir fikrim var və yaxın günlərdə bunun səbəbini açıqlayacam".

Müğənni Zamiq də maraqlı açıqlamaları ilə diqqəti cəlb etdi. Şəxsi həyatından danışan müğənni karyera və dostlarından da söz açdı.

Fanatları üçün sevilən mahnılarını ifa edən müğənni yeni və eksklüziv "Ötən günlərimi qaytaraydılar" klipini də təqdim etdi.

Qeyd edək ki, veriliş yanvar ayının ilk günlərində efirə gedəcək.

"İmza: Mən" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.

Foto müəllifindir

Bütün xəbərlər Facebook səhifəmizdə