Ozan Çolakoğlu, Murad Dalkılıç və İradə İbrahimova Bakıda

“Məhşurlar bizimlə”
Ozan Çolakoğlu, Murad Dalkılıç və İradə İbrahimova Bakıda

Yerli telekanallardan biri İradə İbrahimovanı bu dəfə Türkiyədə çəkdi. ANS-in "Məhşurlar bizimlə" layihəsində qonaq olan İradə xanım vəTürkiyədə çalışdığı məhşur musiqiçilər maraqlı açıqlama veriblər. SİA-nın məlumatına görə, Murad Dalkılıçın bəstəsini oxuyacaq İradə xanım onunla duetinin də gözlənildiyini bidirib. Azərbaycanlıları özünə doğma bildiyini deyən Murad bəy mahnılarımızdan bir neçəsinin adını çəkə bildi.. Söylədi ki, respublikamıza gəlib musiqilərimizlə yanaşı, adət-ənənələrimiz, milli dəyərlərimiz, mətbəximizlə yaxından tanış olmaq istəyir.

Ozan Çolaqoğlu iki dəfə qonağı olduğu ölkəmizin günü-gündən dəyişib yeniləndiyinə sevindiyini söyləyib. Onun sözünə əlavə olaraq İradə xanım bildirib ki, Bakıya səfərləri tez-tez olur. Hər gəlişində paytaxtımız yenilikləri ilə onu təəccübləndirir. Veriliş boyu üçlük qərara gəldi ki, birgə Bakıya gəlsinlər. Bu, dəfə səfər həm istirahət, həm də yaradıcılıq xarakteri daşıya bilər. Murad bəy oxuyacağı səhnəni məmnuniyyətlə İradə İbrahimova ilə paylaşmaq istədiyini bildirdi. Konsert səhnəsi üçün darıxan İradə xanım birgə təklifdən məmnun olaraq bunun həyata keçməsini arzuladı.

Yaradıcılığından söz salan İbrahimova tezliklə yeniliklər edəcəyini söylədi. Türkiyədə musiqi şirkətlərinin biri ilə müqavilə əsasında çalışan sənətçi kiçik yeniliklərə son qoyub, yaradıcılığına böyük təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə