Müğənni Rəqsanə gələn ilin ilk aylarından türkiyəli kinematoqrafların diqqətində olacaq. Belə ki, onun həyat və yaradacılığı film şəklində hazırlanacaq. Çəkiliş heyəti türkiyəlilərdir. Sənətçi SİA-ya bildirib ki, ötən ay albom hazırlığı üçün Türkiyədə səfərdə olan zaman o, filmi çəkəcək rejissorla tanış olub. Özünü bir neçə dəfə serial rejissoru kimi sınaqdan keçirən həmin şəxs növbəti filmin ssenarisini düşündüyü bir ərəfədə, Rəqsanə ilə tanışlığı yerinə düşüb. Onun maraqlı insan olduğunu anlayıb, filmin motivini onun həyatı üzərində qurmağa qərar verib. Rəqsanə çəkilişə başlayan kimi rejissorun adını açıqlayacağını bildirib: "Bu məqsədlə bizim bir neçə görüşümüz oldu. Əslində, mən həyatımdan bəhs edən filmin çəkiləcəyi barədə düşünməmişdim. Rejissorun əminliyi məni bu barədə düşündürdü. Həm də filmdə özüm-özümü oynayacam. Smeta tutulub, çəkiliş heyəti hazırdır. Qalır mənim tərəf müqabilim və bir neçə oyunçunun təsdiqi. Bunun üçün kastinq keçiriləcək.
Rəqsanə tərəf müqabili axtarışının bir nəticə vermədiyini söylədi. Onun fikrincə, bu, türkiyəli aktyor da ola bilər.
Öyrəndik ki, məhşur sənətçinin həyatını yansıdan film drammatik janrdadır. Sənətçi deyir ki, həyatının üzücü, sevincli bütün hadisələri, hətta avtomobil qəzaları da filmə daxil edilib.
Sonuncu səhnədə bahalı avtomobillərin qəza səhnəsi gerçəkdən oynanılacaq, yəni bahalı avtomobillər əziləcək. Bunun isə filmin büdcəsinə yetərincə təsir göstərəcəyi deyilir. Sonda Rəqsanə bildirdi ki, filmin Türkiyə və Azərbaycanda çəkiləcəyi ehtimal edilir. Yayımı isə hələlik yerli telekanallardan birinə həvalə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB