Azərbaycan estradasının tanınmış müğənnisi Zamiqin başına iş gəlib. Müğənninin avtomobilini yarıblar. Zamiq gecə səsyazma studiyasından çıxan zaman avtomobilin arxa şüşəsini sındıraraq əşyalarını, eləcə də mini disklərini oğurlayıblar. Bu barədə müğənninin özü SİA-ya danışıb: "Gecə saatlarında avtomobilimin arxa qapısını sındıraraq əşyalarımı və mini disklərimi oğurlayıblar. Ancaq onu oğurlayan şəxslərdən xahiş edərdim ki, mini disklərimi qaytarsınlar. Çünki o disklərin içində arxiv mahnılarım var".
Qeyd edək ki, ifaçı heç kimdən şübhələnmədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB