“Yoxa çıxmış” müğənninin yeni mahnısı: “Ay, ay, ay”

“Yoxa çıxmış” müğənninin yeni mahnısı: “Ay, ay, ay”

Şou-biznesin ən modern müğənnilərindən biri Rəhim Rəhimlinin yoxa çıxması barədə xəbərlər dolaşır. Deyilənə görə, efirdən uzaq düşən ifaçı yenidən Azərbaycanı tərk edib. Məsələyə aydınlıq gətirmək üçün Rəhimlə əlaqə saxladıq. SİA-ya açıqlama verən müğənni məsələnin yalnış olduğunu dilə gətirərək: "Mən fərqli sənətçiyəm! Uzaqda qalmağı, yoxa çıxmağı sevirəm. Ancaq vətəni tərk etməmişəm. Başım mahnılarıma qarışıb. İki yeni mahnımın dadını çıxardıram. Onların həyəcanını yaşayıram. Qoy, digər həmkarlarım ildə 10 mahnı buraxıb, bütün günü efirdə olsunlar. Mən hər kəsdən uzaq düşüb ildə 2 mahnı təqdim etməyi daha üstün tuturam. Məni təkəbbürlü saymayın. Haqqımda yerli saylarda yalan xəbərlərin dolaşdığını görüncə, üzülürəm. Ona görə, istəmirəm məndən yazsınlar. Mənim öz dünyam var".

Telefon bağlantısı zamanı bizə mahnı yazmaqdan usandığını deyən Rəhim bu gün yerli şou-biznesə iki fərqli musiqi gətirir: "Etiraf edirəm, bir müddət təbim itmişdi. Yaza bilmirdim yox, yazmırdım. Bunu daxili gərginliklə bağlayıram. Bir az yorğun idim. Ancaq indi iki yeni mahnı yazmışam, "Ay, ay, ay" və "Dön geri" adlanır. "Ay, ay, ay" mahnısının sözləri Ülviyyə Alovluya musiqisi isə özümə məxsusdur. "Geri dön" mahnısı isə tam öz məhsulumdur. Gələn həftədən etibarən dinləyicilərin ixtiyarına buraxacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə