Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Erkan Özermanın rəhbəri olduğu "Best Model of the World" yarışmasının finalında münsiflər heyətində yer alıb. Məlumat üçün bildirək ki, 97 ölkənin iştirak etdiyi model yarışması dünyanın 9 televiziyası ilə canlı yayımlanıb. Həmyerlimiz gecəyə məşhur modelyer Çiğdem Akının hazırladığı libasda qatılıb.
SİA xəbər verir ki, ana olandan sonra sürətlə arıqlayan modelin oğlu Cihangir Can Karel də türk mediasının diqqətindədir. Belə ki, bu yaxınlarda Günay Show TV kanalına oğlu ilə bərabər xüsusi reportaj verib.
Qeyd edək ki, model 7 aylıq oğlunu ilk dəfə ötən ay kameralar qarşısına çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB