Məşhur müğənni teleaparıcını işindən etdi

Məşhur müğənni teleaparıcını işindən etdi

İlin sonuna yaxın məşhur teleaparıcısı Səxavət Nur apardığı "İmza Mən" verilişindən ayrılmalı olub. SİA-nın məlumatına görə, teleaparıcı bu barədə "facebook" sosial şəbəkəsində yazıb.

Səxavət Nur açıqlayıb ki, o, aparıcılıq karyerası ilə vidalaşır. Bu günədək sevə-seva idarə etdiyi "İmza Mən" proqramında bu dəfə özü qonaq olacaq. Verilişə isə müğənni Zamiq aparıcılıq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə