Azərbaycanlı müğənni Nazənin yaradıcılığında yeni ilə hazırlıq işləri görür. Belə ki, müğənni paralel olaraq bir neçə yeni mahnısını oranjiman etdirib və lentə aldırıb. SİA-nın verdiyi xəbərə görə, əvvəlki "hit" mahnıları kimi bu bəstələrin də pərəstişkarları tərəfindən seviləcəyinə əmindir.
Nazənin xanım yenicə lentə aldırdığı mahnılardan birinə klip çəkdirməyi də düşünür. Klip haqqında hələlik geniş məlumat verilməsə də, müğənninin prodüseri Pərviz Fəqanın dediyinə görə, rejissor kimi Zorikə müracəit olunması nəzərdə tutulub. Nazənin xanımın yenilikləri bununla da bitmir. İfaçı tanınmış bəstəkar Nadir Əzimovla da işbirliyinə başlayıb. Nazənin xanımın ifasında yer alacaq yeni bəstələrdən biri məhz Nadir Əzimova məxsusdur.
N.Əzimovla ilk işbirlikləri olmasına baxmayaraq, bəstəkar da Nazənin xanımın ifasını çox bəyəndiyni bildirib: "Nazənin xanımın şirin səsi var. Onun ifasında mahnılar tez sevilərək hitə çevrilir. Onunla hələ bir çox işbirliyimizin davamlı olacağına inanıram".
Müğəninin prodüsseri onu da vurğulayıb ki, bu yaxınlarda müğənninin mahnılarından ibarət sinql diski də işıq üzü görəcək.
Qeyd edək ki, Nazənin xanım "Hardan düşdün sən yadıma bu gecə" mahnısının 15 illik yubileyinə hazırlaşır. Artıq 15 ildir bu mahınının ona uğur gətirdiyini nəzərə alan sənətçi bu münasibətlə həmkarlarını bir araya toplayıb, həm mahınsının, həm də sənətə gəlişinin 15 illiyini qeyd edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB