Dağıstanın tanınmış müğənnisi Dana Azərbaycandadır. Həm Rusiyada həm də Dağıstanda populyar olan ifaçı Azərbaycan şou-biznesinə qatılmaq eşqinə düşüb. SİA-nın verdiyi xəbərə görə, Dana azərbaycanlı müğənniləri də tanıyır. O, Könül Kərimova və Nazənin xanımla dostluq edir. Dağıstanlı müğənni bu dəfə Bakıya Nazənin xanımın qonağı olaraq gəlib. Nazənin xanım dağıstanlı həmkarını Bakının görməli yerləri ilə tanış edib. Dana xanımdan onu da öyrəndik ki, Dağıstan sənətçisi yeni ildə Nazənin xanımla iş birliyinə başlayacaq. O, bir neçə duet mahnılar lentə aldıracaq. Eyni zamanda toy bazarında da özünə yer tutacağına əmindir. Əcnəbi müğənni tək ifasıyla yox rəqsləri ilə də yadda qalacağına ümid edir.
Qeyd edək ki, Azərbaycanda dağıstanlı müğənninin prodüsseri və musiqi layihəsinin rəhbəri tanınmış teleaparıcı Lamiyə Ələkbərqızı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB