Türkiyədə yaradıcılıq fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalovadan xəbərlər var. Müğənni xarici görünüşündə də yenilik edib. Bunu isə onun nişanlısı istəyib. Hazırda qardaş ölkədə olan Günelin SİA-ya verdiyi məlumata görə, o, sarı saçlarını qara rəng boyaya dəyişib: "Bunu nişanlım istədi. Mən də köhnə saçlarımla vidaşaldım. Ancaq mən ilk dəfə deyil ki, qara rəng boyasına müraciət edirəm. Fikrimcə, belə də gözəl görsənirəm".

Dekabrın 29-u paytaxta gələcəyini deyən Günelin yaradıcılığında da yenilik var. Belə ki, o, müəllimi, məşhur müğənni İbrahim Tatlısəsin köhnə repertuarına yeni nəfəs verəcək: "Əvvəlcədən demək mənə düşmür. Xəbəri gizli saxlamağa çalışsam da siz məni qabaqladız. Təfərrüatları açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, İbrahim bəy köhnə mahnılarını mənə etibar edib. "İmperator"dan yaxşı oxumasam da, özüməxsus səsləndirməyə çalışıram. İnşallah, yeni ilə iki gün qalmış paytaxtıma dönüb, sizlərə görüşəcəyəm. Onda bütün gizli xəbərlər aşkar olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB