Lider TV-də yayımlanan "Klip Parad" verilişinin növbəti çəkilişləri baş tutub. SİA-nın məlumatına görə, rejissor Nail Naiboğlunun ərsəyə gətirdiyi verilişin bu dəfəki qonağı Heydər Əliyev Sarayının baş rejissoru Gülçöhrə Şəfiyevadır.

Aparıcı Zemfira Adığözəlovanın təqdimatında yayımlanan verlişdə qonaq mərhum qardaşı, "Əhməd haradadır?" filminin baş rol ifaçısı Siyavuş Şəfiyevlə bağlı xatirələrini bölüşüb.

Gülçöhrə xanım həmçinin ölkənin əsas səhnəsinə çıxıb, canlı ifa etməkdən qaçan müğənnilər mövzusuna da toxunub. Kim Heydər Əliyev Sarayının "qara siyahısı"ndadır?
O, Türkmənistanda xalq artisti Ayğün Kazımovanın başına gələn və bu günə qədər də heç kimin bilmədiyi dəhşətli hadisələrdən söz açıb.
Xatırladaq ki, "Klip parad" verilişi 14 dekabr saat 16:45-də yayımlanacaq.
Verilişin informasiya dəstəyi Səs İnformasiya Ağentliyinə (SİA.AZ) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB