Möhtəşəm oteldə baş tutan gecənin qiyməti 300 manadır
Azərbaycanın xalq artisti, estradamızın ulduzu Aygün Kazımova yeni ili Qəbələdə keçirəcək. "Pop diva"nın prodüseri Tolikin (Tarix Əliyevin) SİA-ya verdiyi məlumata görə, xalq aristi 31 dekabrda Qəbələ sakinlərinə unudulmaz yeni il gecəsi bəxş edəcək.
Rayonun dəbdəbəli otellərinin birində yalnız Ayğün Kazımova çıxış edəcək: "Ayğün xanım eksklüziv şou nümayiş etdirəcək. Ancaq bu, onun solo konserti deyil. Bu möhtəşəm yeni il gecəsi olacaq".
Qeyd edək ki, gecənin giriş qiyməti 300 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB